Xəbər lenti



Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasov bu gün Azərbaycana göndəriləcək.

 

Bu barədə APA-ya jurnalistin vəkili Teyyub Şərifov məlumat verib. Vəkilin sözlərinə görə, artıq F. Abbasovun öz hesabına təyyarəyə bilet alınıb və jurnalist bu gün məcburi qaydada Azərbaycana yola salınacaq.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən Fuad Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan olunub.

Qeyd edək ki, jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F. Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.

Dünən onun ölkədən deportasiya edilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətinə baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsi deportasiya barədə qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, Rusiyadan deportasiya həftədə iki dəfə - ikinci və beşinci günlər icra olunur.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov