Xəbər lenti

“Rusiyanın bir neçə saytında oxudum ki, əfsanəvi Şeyx Şamilin sağ əli olmuş Hacı Muradın nəşi iyunun 2-də doğma kəndində basdırılacaq”.

 

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Hacı Muradın qəbri Azərbaycanın Qax rayonu ərazisindədir:

“Yolum Qaxa düşəndə Rusiya impreriyasına qan udduran qəhrəmanın qəbrini ziyarət edirəm. Ona görə də Rusiya saytlarının xəbəri mənim üçün maraqlı gəldi. Biz nəşin Dağıstana daşınmasına nə vaxt icazə verdik?

Əlbəttə, əgər Hacı Muradın nəslindən olan qohumları tarixi şəxsiyyəti doğma kəndlərində basdırmaq istəyirlərsə, buna normal baxıram. Sadəcə, 1852-ci ildə Hacı Muradın dəstəsini mühasirəyə alan ruslar onun başını kəsərək Sankt-Peterburqa aparıblar. Hacı Muradın başı indi də Sankt-Peterburqdakı muzeyin arxivində saxlanılır. Baş kəsmək qəddarlığın bir nümunəsidirsə, həmin başı uzun illər muzeyin tozlanmış arxivində saxlamaq bir başqa qəddarlıqdır. Ona görə də Hacı Murad İslam ənənəsinə uyğun olaraq başı ilə birgə basdırılmalıdır”. (teleqraf.com)

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov