“Hazırda satışda cəmi 100 bilet qalıb. Onların da gün ərzində satılacağı gözlənilir”.
Bizimaz.az: Bunu açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla bu gün Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək Avropa Liqasının final oyununa biletlərin satışı ilə bağlı məlumat verərkən deyib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Lakin ali futbol qurumu arenada müxtəlif qurğular yerləşdirib. Buna görə də tamaşaçılar üçün nəzərdə tutulan yerin sayı 63 min olub. Bilet satışının uğurla başa çatdığını nəzərə alsaq, bu gün Bakı Olimpiya Stadionu Avropa Liqası tarixində anşlaqa ev sahibliyi edəcək və yeni tamaşaçı rekordu qırılacaq.
Xatırladaq ki, matç saat Bakı vaxtilə saat 23:00-da başlanacaq.