Xəbər lenti


Bakı Dövlət Universitetində 28 May - Respublika gününə həsr olunmuş tədbir keçirilib.Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Rektor Elçin Babayev Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən, dövlət quruculuğu prosesində bir sıra ciddi tədbirlərin həyata keçirilməsindən və 1919-cu ildə Azərbaycan xalqının elm, təhsil və mədəniyyət mərkəzi rolunu oynayan Bakı Dövlət Universitetinin yaranmasından bəhs edib. Ölkəmizin müasir müstəqillik dövründə keçdiyi inkişaf yolu barədə məlumat verən rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə diqqət çəkən rektor ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafı, Azərbaycanın dünyada müstəqil xarici siyasət yürüdən ölkə kimi tanınması, hərtərəfli inkişaf strategiyası və onun təsirləri barədə də məlumat verib.

Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili, professor Bəxtiyar Əliyev və universitetin kafedra müdiri,  professor Anar İsgəndərov 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin  tariximizin şərəfli səhifəsi olduğunu qeyd edərək, müstəqil Azərbaycanın uğurlarından bəhs ediblər.

Tədbir universitet tələbələrinin ifasında bədii hissə ilə yekunlaşıb.




Mətbuat və informasiya şöbəsi, 27 may 2019-cu il.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov