“Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: “Bir kərə yüksələn bayraq bir daha enməz!”
Bizimaz.az: Bunu azərbaycanlı milyarder, “Palmali” Şirkətləri qrupunun rəhbəri Mübariz Mənsimov Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü ilə əlaqədar deyib.
“Üç rəngli o müqəddəs bayrağı bizə əmanət etdi böyük Rəsulzadə! Hürriyyət və istiqlal eşqi ilə döyünən ürəyi ilə əsla ümidsizliyə düşmədi. Bir gün onların yüksəltdiyi bayrağın bu millət tərəfindən yenidən dalğalandırılacağına inandı. Bu millət də on illərlə qəlbində yaşatdığı cümhuriyyət sevdasını şəhidlərinin al qanı ilə yenidən qazandı. Şərqin ilk demokratik cümhuriyyətini yaratmış kişilərin nəvələri olmaq qürurvericidir. Və o kişilərin yandırdığı məşəl bu gün də yanmaqdda davam edir və o yüksələn bayraq bir daha enməyəcək, Azərbaycan dünyaya günəş kimi doğmağa davam edəcəkdir. Cümhuriyyətin mübarək, Azərbaycan!” /Cebhe.info/