Dünən ABŞ-ın Los-Anceles şəhərində keçirilən ABŞ-ın ən böyük kitab sərgisində dünyanın müxtəlif yerlərindən gələn turistlər Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndiriblər.
Bizimaz.az : bu, azərbaycanlı gənclərin təşəbbüsü ilə baş tutub.
“Həm Azərbaycanımızı tanıtmaq, həm də doğma ana dilimizdə üç kəlmə də olsa, xarici ölkə vətəndaşlarına öyrətməkdən qürur hissi keçirdik”, - layihə təşkilatçıları bildiriblər.