Xəbər lenti

Bu ilin mayın 16-da Moskvada yaşadığı evdən çıxarkən həbs olunan tanınmış azərbaycanlı jurnalist Fuad Abbasova yeni vəkil tutulub.

 

Bizimaz.az bildirir ki, bu barədə Modern.az-a jurnalistin ailəsindən məlumat verilib.

Vəkilin dövlət qurumu tərəfindən tutulduğunu qeyd edən mənbə bildirib ki, həmçinin müvafiq dövlət qurumunun rəhbərliyi hər gün jurnalistin həyat yoldaşı ilə əlaqə saxlayır, lazımı dəstəyi verir.

Qeyd edək ki, jurnalist Abbasov 2015-ci ildən Rusiya telekanallarında təşkil olunmuş tok-şoularda Qarabağ münaqişəsi, Türkiyə-Rusiya münasibətlərindəki gərginlik və s. barədə çıxışları ilə geniş ictimaiyyət arasında populyarlıq qazanmışdı.

Abbasovu Türkiyənin “İhlas” agentliyinin müxbiri kimi Türkiyənin mövqeyini Rusiya ictimaiyyətinə çatdırır, eyni zamanda Azərbaycanla bağlı məsələlərə həsr olunmuş tok-şoularda da iştirak edirdi.

Son zamanlar Abbasov azərbaycanlıların bəzi diaspor təşkilatlarını həmvətənlərinin maraqlarını kifayət qədər qorumadıqlarına görə tənqid edirdi, onları ermənilərlə əməkdaşlıqda ittiham edirdi və Rusiya Azərbaycanlıları partiyasının yaradılacağının anonsunu verirdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov