Xəbər lenti

Azərbaycanda icra başçısı dəhşətli xəbəri alar-almaz XƏSTƏXANAYA GƏLDİ VƏ...
 

Bu gün sübh saatlarında Ələt-Astara magistral yolunun Neftçala rayonu ərazisindən keçən 85-ci kilometrliyində baş verən dəhşətli qəzada ölən 4 nəfərin meyiti Salyan rayon Xəstəxanasından Yardımlıya yola salınıb.

 

Bizimaz.az  Publika.az-a istinadən  xəbər verir ki, rayon xəstəxanasına qəzada vəfat edən 4 nəfərin meyitinin gətirildiyini öyrənən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov dərhal xəstəxanaya gəlib. O, vəfat edən şəxslərin cənazələrinin ailələrinə təhvil verilməsi və Yardımlıya yola salınması işinə şəxsən rəhbərlik edib və onları ayrı-ayrı maşınlarda rayonlarına göndərib.

Qeyd edək kii, “Ford Transit” markalı mikroavtobusun yük avtomobilinə çırpılması nəticəsində 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, sürücü - 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu və 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib. Ölənlərin hamısı Yardımlı rayon sakinləridir.

Hadisə nəticəsində ağır xəsarət alan 2 nəfər: 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğlu və 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı xəstəxanaya yerləşdirlib.

Onu da qeyd edək ki, Sevindik Hətəmov 2016-cı ildə Salyan rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilənədək Yardımlı rayonuna rəhbərlik edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov