Xəbər lenti



Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin tapşırığı ilə səfirliyin konsulluq şöbəsinin əməkdaşları Fuad Abbasovla görüşüblər.

 

Bizimaz.az: Bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O, Rusiyadakı səfirliyimiz tərəfindən səlahiyyətləri çərçivəsində Fuad Abbasovla bağlı bütün lazımi tədbirlərin görüldüyünü bildirib.

Qeyd edək ki, tanınmış jurnalist və bloger Fuad Abbasov mayın 16-da Moskvada saxlanılıb. Jurnalist Moskvanın Azərbaycan icmasının nümayəndələrinin şikayəti üzrə aparılan məhkəmənin qərarı ilə deportasiya ediləcək. Belə ki, Rusiyada Azərbaycan icmasının bir neçə nümayəndəsi Fuad Abbasovun deportasiya tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də “Rusiya Federasiyası ərazisinə xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin girişinə qadağa” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də başa çatıb. Hazırda jurnalistin Azərbaycana deportasiya proseduru aparılır.

F.Abbasov saxlanılarkən fiziki təzyiqə məruz qalıb. Onun 28 mayda Azərbaycana deportasiya olunacağı bildirilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov