Xəbər lenti

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2005-ci il 20 aprel tarixli 226 nömrəli və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Bizimaz.az fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132, № 7, maddə 840; 2016, № 12, maddə 2095; 2017, № 3, maddə 378, № 6, maddə 1079; 2018, № 6, maddə 1233, № 7 (I kitab), maddə 1511; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 568 nömrəli və 10 aprel tarixli 619 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin” sözləri “haqqında Əsasnamənin” sözləri ilə əvəz edilsin;

1.2. preambuladan “və onun yanında yaradılmış dövlət xidmətlərinin” sözləri çıxarılsın;

1.3. 3-cü və 4-cü hissələr ləğv edilsin.

2. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 839; 2017, № 9, maddə 1651; 2018, № 1, maddə 42, № 4, maddə 656, № 12 (I kitab), maddə 2569) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında “Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin” sözləri “Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin” sözləri ilə əvəz edilsin;

2.2. preambulada “Nazirliyinin strukturuna daxil olan bəzi qurumların” sözləri “Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin” sözləri ilə əvəz edilsin;

2.3. 2-ci və 3-cü hissələr ləğv edilsin.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov