Xəbər lenti



Millət vəkili Qənirə Paşayeva Tovuz rayonundakı Qovlar şəhərini ziyarət edərək sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıb.

 

Bizimaz.az xəbər verir ki, Q.Paşayeva görüşdə sakinləri Ramazan ayı münasibətilə təbrik edib.

Bir sıra sakinlər görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, qaz, su və elektrik təchizatı ilə bağlı üzləşdikləri problemin həllinə dəstək göstərilməsi üçün Q.Paşayevaya müraciət edib. Millət vəkili sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların təkliflərini parlamentdə səsləndirəcəyini söyləyib.

Xəstələr və fiziki məhdudiyyətli insanlarla da görüşən millət vəkili onların daha yaxşı şəraitdə müalicə almaları və əməliyyat olunmaları üçün Bakı və Tovuz Rayon Mərkəzi Xəstəxanalarına müraciət edərək onlara dəstək olub.

Millət vəkili Q.Paşayeva cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə, o cümlədən Tovuzda aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb. O bildirib ki, həyata keçirilən və nəzərdə tutulan işlər tezliklə öz müsbət təsirini göstərəcək.

Q.Paşayeva görüş zamanı sakinləri maraqlandıran sualları da cavablandırıb.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov