Xəbər lenti

Nizami Qocayevin oğlu yüksək vəzifəyə təyin edildi - FOTO
 

Bakı şəhər Nizami rayon Prokurorluğunda kadr dəyişikliyi olub.

 

Bizimaz.az xəbər verir ki, Nizami rayon prokurorunun müavini Ramin Qocayev Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə vəzifədən azad edilib. O, Baş Prokurorluqda məsul vəzifəyə təyin edilib.

Nizami rayon prokurorunun müavini vəzifəsinə isə Zakir Qaralovun imzaladığı əmrlə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Abil Səfərov təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluqda məsul vəzifəyə təyin edilən Ramin Qocayev, uzun illər polis sistemində yüksək vəzifələrdə çalışmış Nizami Qocayevin oğludur. N.Qocayev hazırda ədliyyə sistemində çalışır və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin rəisi vəzifəsini  tutur.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov