Azərbaycan Prezidenti İlham Əliyev 9 May - Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib.
ONA-nın məlumatına görə, ölkə başçısı abidənin qarşısına əklil qoyub.
Mərasimə dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri, veteranlar, ictimaiyyət təmsilçiləri qatılıblar.