AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürkə yeni vəzifə verilib.
Publika.az xəbər verir ki, Elnur Eltürk AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini təyin olunub.
Məlumatı E.Eltürk özü təsdiqləyib.
Qeyd edək ki, diaspor üzrə araşdırmaçı jurnalist olan Elnur Eltürk bundan əvvəl müxtəlif media orqanlarında, eləcə də AMEA Mərkəzi Elmi Kitabxanasında Sərbəst Elektron Resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.