Xəbər lenti



3 May Türkçülük Günü Almaniyanın Lünen şəhərində “Ülkü ocağı”nda qeyd olunub.

 

Bizimaz.az xəbər verir ki, tədbirdə azərbaycanlı jurnalist Şəlalə Rüstəmova da iştirak edib.

Xanım jurnalist tədbirdə çıxışını “Bir millət, iki dövlət” devizi üstündə qurub:

“Dünyanın hər yerində türklərin birlik və bərabərliyinə şahid olmaq, onları dövlətin yüksək pillələrində görmək məni çox xoşbəxt edir. Burada özümü evimdə kimi hiss etdim. Bu münasibətlə bütün türkləri Türkçülük Günü münasibəti ilə təbrik edirəm”.

74 yaşlı Gülməhməd Canbay 1969-ci ildə işləmək üçün Lünenə gəldiyini, 40 il işlədikdən sonra təqaüdə çıxdığını, övladları və nəvələrinə görə Almaniyada qalmağa davam etdiyini bildirib. “Məqsədim türkçülüyü gələcək nəsillərə ötürmək və türkcəni yaşatmaqdır", - Canbay deyib.

Almaniya Demokratik Ülkücü Türk Dərnəkləri Federasiyasının keçmiş baş direktoru Məhməd Ərdoğan isə öz növbəsində Türkçülük Gününün tarixi barədə danışıb:

“İrqçilik-Turançılıq məhkəməsi” 7 sentyabr 1944-cü ildə başlayıb və 29 mart 1945-ci ildə qədər davam edib. Türk siyasətində öndə gələn 23 nəfərin mühakimə olunduğu bir prosesin adıdır".

Qeyd edək ki, Türkçülük Günü — 3 may 1944-ci il tarixi ilə bağlıdır. İrqçilik-Turançılıq iddiasının səbəblərindən biri olaraq göstərilən Hüseyn Nihal Adsız - Sabahaddin Əli iddiasının 3 may 1944-ci il tarixli duruşmasından sonra yaşanan "Ankara nümayişi"ni xatırlamaq məqsədilə ilk dəfə 3 may 1945-ci tarixində “Topxana” əsgəri həbsxanasında Nihal Adsız, Zeki Vəlidi Togan, Nejdət Sancar və Reha Oğuz Türkxan başda olmaqla, 10 məhkum tərəfindən qeyd olunub. Daha sonrakı illərdə də davam edən toplantılar Türkçülük Günü adını alıb.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov