Azərbaycan Milli Elmlər Akademiyasına yeni vitse-prezident seçilir.
Trend-in məlumatına görə, vitse-prezident vəzifəsinə AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin namizədliyi irəli sürülüb.
Hazırda bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında gizli səsvermə keçirilir.
Seçkidə akademiyanın yalnız həqiqi üzvləri iştirak edir.