Xəbər lenti

İlham Əliyev Uruqvayın xarici işlər nazirini qəbul etdi
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoanı qəbul edib.

 

Dövlətimizin başçısı Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoanın ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi. Eyni zamanda, Prezident İlham Əliyev Rodolfo Nin Novoanın Azərbaycanda görüşləri zamanı iqtisadi əməkdaşlığın və biznes strukturları arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı perspektivlərin müəyyənləşdiriləcəyinə əmin olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin də əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa Prezident İlham Əliyevlə görüşdən məmnunluq hissi keçirdiyini qeyd edərək, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı zəmin yaratdığını dedi. O, Azərbaycan ilə Uruqvay arasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarət dövriyyəsinin artırılmasının da zəruri olduğunu vurğuladı. Uruqvaylı nazir ölkəsinin bütün dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz olaraq qaldığını diqqətə çatdırdı. Rodolfo Nin Novoa Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyindən məmnunluğunu ifadə etdi.

Görüşdə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulandı və bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı ölkələrimiz arasında kənd təsərrüfatının müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğu bildirdildi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov