Millətinsesi.az saytı Masazır bələdiyyə sədri Siyanfər Əliyevin ikinci qrup Qarabağ əlili Valeh Əlifağaoğluna Masazır gölünün içərisində və ya vulkan yatağının yanında torpaq sahəsi təklif etməsi haqqında məlumat yayıb. Məlumatda o da qeyd edilib ki, bələdiyyə sədri Masazırın bütün əlverişli torpaqlarını öz yaxın ətrafının və qohumlarının adına sənədləşdirir. Sonuncu dəfə isə qohumunun adına sənədləşdirdiyi torpağı 500 min manata satıb.
Bizimaz.az: Məsələ ilə bağlı Axar.az-a danışan Siyanfər Əliyev bildirib ki, ona müraciət edən V.Əlifağaoğlu II qrup Qarabağ əlili olması barədə heç nə deməyib.
“Sadəcə yanıma gəlib torpaq istədi, ona boş qalan torpaq sahələrini göstərib dedim ki, xoşuna gəlirsə, ərizə yaz, şəxsiyyət vəsiqəni gətir, oradan sənə torpaq verək”, - deyə o bildirib.
Təklif etdiyi torpağın təhlükəli ərazidə olması barədə ittihamlara isə Z.Əliyev bildirib ki. başqa boş sahə yoxdur.
Masazırdakı torpaqları öz qohumlarımın adına sənədləşdirməsinə gəlincə, bələdiyyə sədri deyib ki, onun qohum-əqrəbasının adına torpaq yoxdur.