Xəbər lenti

Bu restoranlar bağlana bilər - ADLAR
 

Havaya atılan tullantıların qarşısının alınması üçün qurğular quraşdırmayan 4 ictimai iaşə obyektinin fəaliyyəti dayandırıla bilər.

 

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərmov deyib.

Onun sözlərinə görə, Bakı və Sumqayıt şəhərlərində keçirilən monitorinq zamanı təmizləyici qurğular quraşdıRmayan 4 obyekt müəyyənləşib:

"Həmin obyektlər Sumqayıtda "Green House", "Dədə Qorqud", "Qubadlı" şadlıq sarayları və Bakıda "Qədim Şəki" restoranıdır. Nazirlik tərəfindən həmin obyektlərə icrası məcburi göstəriş verilib. Göstərişə əməl olunmasa, həmin obyektlərin fəaliyyəti dayandırıla bilər". (trend)

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov