"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar aprelin 23-dən 29-dək daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçəcək.
Bizimaz.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 26-28 apreldə olacaq.