İsveç parlamentinin deputatı Aylin Fazelian İsveç Sosial Demokrat Partiyasının Höteborq bölgə və ətraf şəhərləri üzrə rəhbəri seçilib.
Bizimaz.az : Bu barədə Axar.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Bir neçə gün əvvəl İsveçin Alinqsas şəhərində Sosial Demokrat Partiyasının Höteborq bölgə və ətraf şəhərlərinin qurultayı keçirilib. Qurultay iştrakçıları Aylin Fazelianı 11 təşkilatın rəhbəri seçiblər”, - E.Eltürk bildirib.
27 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 2018-ci ildən İsveç parlamentinin deputatıdır.