Xəbər lenti

Kiyev Azərbaycanlıları Konqresinin sədri, iş adamı Oleq Krapivin eyni zamanda yeni yaradılmış Ukrayna Azərbaycanlıları Radasının (RAU) 3 həmsədrindən biri olub.

 

Bizimaz.az: Modern.az sərbəst güləş üzrə 14 qat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, molokan dini icmasına mənsub diaspor rəhbərindən açıqlamalar alıb.  

Oleq Krapivin 30 ildən artıq müddətdir ki, Ukraynada yaşasa da, Azərbaycanla sıx bağlılığını qoruyub-saxlayıb.

“Azərbaycan haqqında saatlarla danışmaq olar. Bizim mənşəyimiz, tərbiyəmiz Azərbaycanla sıx bağlıdır. Mən 30 ildir ki, Ukraynada yaşasam da, əslim Şamaxı rayonundandır, vətənimi unutmuram. Şamaxıda güləşçilər üçün idman zalı da inşa etmişəm. Orada 350-400 uşaq güləşlə məşğul olur.Hər ilin sentybarında Şamaxıda mənim adıma beynəlxalq turnir təşkil olunur. Bu il 8 ölkə nümayəndəsi həmin yarışlara qatılmışdı. Ölkə başçımız İlham Əiliyevə də idmana qayğısından dolayı təşəkürümü bildirirəm. Zalda məşq edən güləşçilərimizdən ilk növbədə Azərbaycan ordusu üçün əsgər hazırlayıram. Qoy onlar əsgərliyə gedən də artıq vətənlərini müdafiə etmək potensialında olsunlar. Dövlət dəstəyi ilə bütün bölgələrdə idman sürətlə inkişaf edir, yaxınlarda Bakıda Formula 1 Qran-Prisinin keçirilməsi də böyük uğur sayılmalıdır”.

 

Kiyev Azərbaycanlıları Konqresinin sədri idman kareyrasını və ailə şəcərəsinə qısa səfər edir.

“Mən sərbəst güləş karyerama o zamankı idman internatında başlamışam. Xəzər İstaev, Aslan Ağayev, İlham Mmaayev və s. çox tanınmış idmançılar məhz bu internatın yetirmələridir. Mən 14 qat Azərbaycan çempionuyam, ço0xsaylı beynəlxalq turnirlərin qalibiyəm. Mənim əcdadlarım molokanlar hələ XIX əsrdə Şamaxı bölgəsinə məskunlaşıblar. Oradan isə Bakıya köçüblər. Mənim babalarım, anam Bakıda, Yasamal qəbirstanlığında dəfn olunublar. Mən özümü əsl bakılı kimi hiss edirəm”.

 

Oleq Krapivin Ukrayna azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyasından razılığını ifadə edi və Ukrayna Azərbaycanlıları Radasının (RAU) yaradılmasını alqışlayıb.

“Nazirlə birgə qurduğumuz layihə alındı. Ukraynada yaşayan bütün azərbaycanlıları təbrik edirəm. Hər zaman çalışırıq ki, vətənimizi yüksək səviyyədə təmsil edək. Həmçinin Ukraynada yaşayan azərbaycanlı yeniyetmələrə, gənclərə də ölkəmizi burada təmsil etməyi aşılayacağıq.

Ukrayna azərbaycanlılarının gücünü özünüz görürsünüz. RAU-da birləşdikdən sonra gücümüz daha da artacaq. Kiyevdə şənbə-bazar məktəbi açmışıq ki, uşaqlar öz tarixi vətənlərini, ana dillərini unutmasınlar, Azərbaycan dilində oxuyub-yazmağı bacarsınlar. Qadınlardan ibarət güləş yığmamızın ukraynallı həmkarları ilə birgə məşq etməsini təşkil etmişik, Ukraynadan Azərbaycana elm adamlarının səfərlərini təşkil etmişik. Məqsədimiz hər bir azəerbaycanlının öz milləti, uğurları ilə fəxr etməsinə nail olmaqdı. Ukraynaya təhsil almaq üçün gələn və asonradan ölkədə qalan azərbaycanlılar çoxdur. Həmçinin öz biznesini quran azərbaycanlıların da sayı kifayət qədərdir. Onlar vergi verir, Ukrayna qanunlarına riayət edir, vətənlərinin müdafiəsində iştirak edirlər. Bir sözlə, Ukrayna azərbaycanlıları yerli cəmiyyətə uğurla inteqrasiya olunublar”.   

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov