Xəbər lenti

Elina Hacıyevanın intiharı ilə bağlı məlum hadisə hər birimizi sarsıtdı. Məlumdur ki, bu hadisə baş verən ilk gündən dövlət qurumları, hüquq-mühafizə orqanları məsələni diqqətdə saxlayaraq ciddi araşdırmalar aparır.

 

Bunu Report-a açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova (Ombudsman) deyib.

E.Süleymanova Ombudsman haqqında Konstitusiya Qanununa uyğun olaraq bu hadisəni nəzarətə götürərək tam, hərtərəfli və obyektiv araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və cəzalandırılması ilə bağlı Baş prokurora müraciət etdiyini bildirib:

"İnternet resurslarında və müxtəlif sosial şəbəkələrdə Elinanın ailə üzvlərinin vəziyyəti, əhalinin həssaslığı və xüsusilə uşaqların psixoloji durumu nəzərə alınmadan yayılan təsdiqlənməmiş məlumatlar və mülahizələr çaşqınlığa, psixoloji gərginliyə və hüquq pozuntularına səbəb olub. Odur ki, hər birimiz məsələyə həssaslıqla yanaşmalı, səlahiyyətli dövlət qurumları tərəfindən araşdırmaların nəticələrini və ictimaiyyətə açıqlamalarını gözləməliyik. Bu cür hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün uşaq psixoloqlarının fəaliyyəti artırılmalı, hüquqi maarifləndirmə işi genişləndirilməli və uşaq müdafiə sistemi daha da gücləndirilməlidir".

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov