Xəbər lenti



“Ukraynada Azərbaycan diasporunun birləşməsi rəsmən təsdiqləndi”.

 

Bizimaz.az Modern.az istinadən xəbər verir ki, bu barədə məlumatı Diasporlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Komitənin məlumatında bildirilir ki, bir çox təşkilatların təmsil olunduğu Ukrayna Azərbaycanlıları Radası (RAU) bu ölkənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib:

“Bir neçə gün sonra Kiyevdə RAU-nun təsis qurultayı olacaq. Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək”.

Qeyd edək ki, bir müddət öncəyə qədər Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında fikir ayrılığı yaşanırdı. Lakin komitə sədri Fuad Muradov problem aradan qaldırması üçün addımlar ataraq, diaspor təşkilatlarının vahid şəkildə birləşməsinə nail oldu.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov