Səudiyyə Ərəbistanı ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etməsini dəstəkləyib.
Bizimaz.az xəbər verir ki, bu məlumatı ölkə mediası Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindəki etibarlı mənbələrə istinadən yayıb. Nazirliyin nümayəndəsi ABŞ-ın bu qərarının krallığın illərdir irəli sürdüyü tələbləri əks etdirdiyini deyib.
Ər-Riyad beynəlxalq ictimaiyyəti SEPAH-a qarşı daha sərt mövqe tutmağa səsləyib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın SEPAH-ı terror təşkilatı kimi tanıması qərarını ilk dəstəkləyən ərəb ölkəsi Bəhreyn olub.