Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Bizimaz.az xəbər verir ki, iclasda Hesablama Palatasının hesabatı müzakirə edilib.
Palatanın sədri Vüqar 2018-ci ildə dövlət büdcəsinin xərclənməsinə nəzarət həyata keçirildiyini deyib:
“Bu müddətdə 58 yoxlama nəzarət tədbiri keçirilib, bunun 53-ü audit tədbirləri olub. Maliyyə hesabatları ətraflı təhlil edilib. Maliyyə inzibatçılıq sahəsində mövcud olan nöqsanlar 53 audit tədbirləri ilə aşkar edilib. Ümumilikdə 2018-ci ildə 714 nöqsan aşkar edilib. Kollegiya qərarlarından nöqsanların aradan qaldırılmasının vacibliyi qeyd edilib”.
O, qeyd edib ki, hesabat ilində 9 iş hüquq-mühafizə orqanlarına göndərilib. Bu işlərdən 4-ü inzibati, 5-i isə cinayət xarakterli olub. Onun sözlərinə görə, 2018-ci ildə Hesablama Palatasına vətəndaşların müraciəti əvvəlki illə bağlı çox olub və bu da müsbət hadisədir.
2018-ci ildə Hesablama Palataı iki xarici ölkə auditi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.