Millət vəkili Qənirə Paşayeva Türkiyədən və Cənubi Azərbaycandan (İran) gəlmiş sənətçi, ziyalı və təşkilat rəhbərləri ilə görüş keçirib.
Bizimaz.az xəbər verir ki, millət vəkili türk dünyasının tanınmış ziyalıları ilə görüşdə Xocalı soqrımı və Qarabağ həqiqətləri ilə bağlı geniş məlumat verib.
Deputat Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı baxımından bu kimi qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
O, ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarında mədəniyyətimizə vurduğu ziyanlardan da danışıb.
Azərbaycana ilk dəfə səfər etməkdən məmnuniyyət duyduğunu deyən Əhməd Yəsəvi Dərnəyinin rəhbəri Fatma Sönmez rəhbərlik etdiyi təşkilatın Azərbaycanda ortaq layihələr həyata keçirməkdə maraqlı olduğunu bildirib.
Dərnək rəhbəri türk dünyasının birliyi istiqamətində gördüyü işlərə görə Qənirə Paşayevaya mükafat təqdim edib.
Qonaqların əksəriyyətinin Azərbaycanda ilk dəfə olduğunu qeyd edən millət vəkili onların Azərbaycanın tanıdılmasında fəal rol oynayacağına inandığını bildirib.