“Hacı Nuran Respublika Perinatal Mərkəzində olmayıb və heç bir körpə ilə də şəkil çəkdirməyib”.
Bizimaz.az: Bunu açıqlamasında Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin baş həkimi Sevinc Məmmədova deyib.
O qeyd edib ki, həmin körpə dünyaya gələndən sonra Respublika Perinatal Mərkəzinə heç bir jurnalist, yaxud hansısa məşhur şəxs gəlməyib: “Hacı Nuran ümumiyyətlə, burada olmayıb. O, heç buranın ünvanını bilmir. Onun qucağında şəkil çəkdirdiyi körpə 10 milyonuncu sakin deyil”.