Xəbər lenti



Millət vəkili Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüş keçirib.

 

Bizimaz.az xəbər ki, deputat “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə keçirilən görüşdə geniş nitq söyləyib.

O bildirib ki, hər bir azərbaycanlının arzusu torpaqlarımızın Ermənistanın işğalından azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:

“Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.

Daha sonra millət vəkili əsgər və zabitlərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib.

Sonda hərbi hissənin rəhbərliyi Ali Baş Komandanın əmr və tapşırıqlarına hazır olduqlarını və düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov