Yanğın barədə məlumat səhər saat 08:12 dəqiqədə daxil olub. Yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən çox yanğınsöndürən maşın cəlb olunub.
Bizimaz.az: Report-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.
O bildirib ki, hazırda yanğınn səbəbləri araşdırılır. Bu barədə məlumat veriləcək.
Ə.Novruzovun sözlərinə görə, yanğın təxminən 2 hektara yaxın ərazini əhatə edib. Hadisə nəticəsində dörmərtəbəli "Diqlas" Ticarət Mərkəzi ilə yanaşı, ətrafda olan obyektlər də yanıb:
"Ticarət mərkəzində heç bir nizamlı iş olmayıb. Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmır. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Ona görə də yanğın geniş yayılıb".