Xəbər lenti



Dini bilikləri olmayan şəxslər din xadimi kimi çalışa bilməyəcək.

 

Bizimaz.az: Bu barədə  sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.  

Məlumata görə, attestasiyanın keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən təsadüfi şəxslərin kənarlaşdırılmasıdır:

“Bu sahədə dini bilikləri olmayan, lakin özünü din xadimi kimi təqdim edərək fəaliyyət göstərən şəxslər var. Bizim məqsədimiz həmin şəxsləri bu sahədən kənarlaşdırmaqdır. Din xadimlərinin attestasiyadan keçirilməsi onların peşəkarlıq qabiliyyətini artırmaq, dini marifləndirmə sahəsində də əhəmiyətli işlər görməkdir. Çalışırıq ki, bu sahədə dini bilikləri olmayan və təsadüfi adamların fəaliyyətini məhdudlaşdıraq. Bu məqsədlə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən mütəmadi olaraq attestasiyalar təşkil edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu prosesdə iştirak edir. Attestasiyada müvəfəqiyyət qazanmış şəxslər isə QMİ sədrinin əmri ilə imam, imam müavini və mütəvəlli vəzifələrindən birinə təyin edilir”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov