Kasım-Jomart Tokayev Qazaxıstanın prezidenti səlahiyyətlərinin icrasına başlayıb.
Bizimaz.az xəbər verir ki, o, parlament palatalarının birgə iclası zamanı Qazaxıstan xalqı qarşısında and içib.
Qeyd edək ki, dünən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev televiziya vasitəsilə istefa verdiyini və səlahiyyətlərini Senatın (yuxarı palatası) sədri Kasım-Jomart Tokayevə verdiyini açıqlayıb.
Qazaxıstanda növbəti prezident seçkiləri 2020-ci ilə planlaşdırılır.