Xəbər lenti



"Azərbaycan demokratik ölkədir və burada hər kəs qanunlar çərçivəsində istədiyi fəaliyyətlə məşğul ola bilər. O cümlədən də keçmiş səhiyyə nazir Əli İnsanov”.
 
Bizimaz.az: AZXEBER.COM xəbər verir ki, bu sözləri Bakupost.az açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. O, keçmiş səhiyyə naziri Əli İnsanovun dünən mətbuata verdiyi açıqlamaları şərh edib. 
 
Bildirib ki, Ə.İnsanov istədiyi fəaliyyətlə məşğul olmaqda sərbəstdir: "Azərbaycan demokratiya ilə idarə olunan dövlətdir. Bu baxımdan, Əli İnsanov da hər kəs kimi istədiyi işlə məşğul ola bilər. İstəyər, həkimliyə davam edər, istəyər siyasətlə məşğul olar”.
 
YAP rəsmisi bildirib ki, əgər Ə.İnsanov siyasətlə məşğul olmağa qərar versə, hakim partiya daxilində onun siyasi xəttinin ardınca gedəcək heç kim yoxdur: "Mən inanmıram ki, uzun illər həbsdə qalmış və cənab prezidentin əfv sərəncamlı ilə azadlığa çıxmış birinin fikirlərinin ardınca kimsə getsin. Yeni Azərbaycan Partiyasında isə belə adamlar ümumiyyətlə yoxdur. Partiyamızın 700 mindən çox üzvü var və burada hər kəs partiyamızın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşib, onu dəstəkləyir”.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov