Xəbər lenti



Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qarşıdan gələn Novruz bayramı münasibətilə aztəminatlı ailələrə ənənəvi olaraq sovqatlar paylanılır.

 

Bizimaz.az: "Qafqazinfo"ya daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həyata keçirilən layihə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan bütün ailələri əhatə edir.

Heydər Əliyev Fondunun rayonlara ezam olunan əməkdaşları bölgələr üzrə sosial yardım alan ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdıraraq, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirlər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mütəmadi olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə sovqatlar paylanılır, bayram süfrələri açılır, sosial yardıma ehtiyacı olan şəxslərlə bağlı müxtəlif layihələr reallaşdırılır. Bununla Heydər Əliyev Fondu dövlətin aztəminatlı ailələr üzrə həyata keçirdiyi sosial siyasətə öz töhfəsini verməklə yanaşı, həm də qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərir.

 







 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov