Xəbər lenti

Ramil Usubov məhkəmə sədrinin oğlunu rəis təyin etdi
 

Daxili işlər orqanlarında yeni təyinat olub.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama götürülən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ruslan Zeyqəm oğlu Hüseynov yeni vəzifəyə təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə R. Hüseynov Bakının Nərimanov Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, R. Hüseynov Sumqayıt şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğludur.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov