Xəbər lenti


Millət vəkili Qənirə Paşayeva “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyi və Milli-mənəvi dəyərlərin təbliği Fondunun təşkil etdiyi tədbirdə iştirak edib.

 

Bizimaz.az xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili şəhid analarını və xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

“Şəhidlərimiz kimi onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir. Onlar bu gün burada olduğu kimi bütün məclislərdə xüsusi diqqətimizdə olmalıdırlar”, - deputat bildirib.

Q.Paşayeva çıxışı zamanı şəhidlər və onların ailələrinin qəhrəmanlığından da danışıb:

“Hər bir azərbaycanlı şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmalıdır. Hər zaman yanınızdayıq, siz bütün Azərbaycan üçün çox dəyərlisiniz”.

Deputat Azərbaycan dövlətinin şəhid ailələri, Qarabağ müharibəsi veteranları, qazi və əlillərə dəstək və qayğısından da söz açıb.

Tədbirin sonunda şəhid ailələri ilə geniş fikir mübadiləsi aparılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov