Xəbər lenti

Efiopiyadan Keniyaya uçan “Ethiopian Airlines” şirkətinə aid Boinq-737 sərnişin təyyarəsinin qəzaya uğraması səbəbi ilə BMT-nin Azərbaycan nümayəndəliyində təşkilatın bayrağı yarıya qədər endirilib.

 

Bizimaz.az xəbər verir ki, bu barədə məlumatı BMT-nin Azərbaycandakı ofisi yayıb.

“Efiopiya Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər, o cümlədən BMT-nin 11 əməkdaşı həlak olub. Onların xatirəsini anmaq üçün BMT-nin Azərbaycandakı nümayəndəliyi təşkilatın bayrağını yarıya qədər endirib. BMT Baş katibi Antonio Quterreş həlak olanların ailələrinə başsağlığını çatdırıb”, - açıqlamada bildirilib.

Qeyd edək ki, ötən gün Efiopiyadan Keniyaya uçan “Ethiopian Airlines” şirkətinə aid Boinq-737 sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 157 nəfər həlak olub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov