14-15 noyabr tarixində bütün dünyanın dini liderlərinin Azərbaycanda toplanması planlaşdırılır.
Bizimaz.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlmasında bildirib.
Onun sözlərinə görə, hazırda bunun üçün son hazırlıq işləri aparılır.
“Azərbaycan yalnız nefti və iqtisadiyyatı ilə deyil, mənəvi həyatda gördüyü işlərlə də ölkələr arasında liderdir”.