Bu gün Od çərşənbəsidir.
İkinci çərşənbə olan Od çərşənbəsinə bəzi regionlarımızda "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyilir.
Odun, atəşin qədim türklərin mədəniyyətində xüsusi yeri olub.
Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla, daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Günәş istisini arzulayan ulu babalarımız od çәrşәndәsindә sübh tezdәn Günәşә qurban aparardılar. Böyük tonqal qalayıb günәşin çıxmasını gözlәyәr, odun şәrәfinә nәğmәlәr oxuyardılar. Tonqal sönәndәn sonra qızlar vә oğlanlar külü yığıb onu kәndin kәnarına, ya da yola sәpirdilәr. Bu bir növ tonqaldan atılmış adamların azarınn çıxıb getmәsini simvolizә edir.
Qәdim dövrdә tonqalı yetkinlik yaşına çatmamış oğlan uşağı çaxmaq daşı vasitәsilә qalayardı. Belә od müqәddәs sayılardı.
Od çәrşәnbәsinin digәr maraqlı mәrasimlәrindәn biri dә il boyu ailә üzvlәrindәn birini itirmiş evlәrin qarşısında tonqal qalamaqdı.
Od yandırmaqla hәmin ailәnin saxladığı yas mәrasimiqә son qoyulardı. İnsanlara Uraz/Araz (od, atәş) adının verilmәsi, evlәrdә üzәrrik yandırılması, xәbis ruhlardan qorunmaq mәqsәdilә qoyun sürülәrinin yanmaqda olan kolların altından keçirilmәsi, tәndirin müqәddәs sayılması, ondan arzuların gerçәklәşmәsinin istәnilmәsi, yanmaqda olan ocağı söndürmәmәk vә mәzar daşların üzәrindә atәşdanların hәkk edilmәsi vә başqa nümunәlәr dә türklәrin oda olan hörmәt vә ehtiramını göstәrir.
Qәdimdә evlәrdә ocağı sönmәyә qoymurdular. Yalnız kimsә ölmüş olarsa odu çıxarıb xüsusi yerdә saxlayır vә qış vaxtı 5 gündәn sonra, yayda isә bir aydan sonra odu evә qaytarardılar.
Odla bağlı bu günə qədər qalan adət və inanclarımızdan biri qaynar ocağa hörmətdir.Odun üstünə su tökmək, odu murdarlamaq olmaz.
Qədim türklər yasa batanda başlarına kül ələyərdilər. "Kül başına" deyə dilimizdə işlədilən qarğış da bu qədim adətlə bağlıdır. Çərşənbələrdə bəzi obalarımızda 1 deyil,7 tonqal qalamaq adəti də var.
Martın 12-də Yel çərşənbəsi, martın 19-da Torpaq çərşənbəsi qeyd olunacaq.
Bu il Azərbaycana yaz fəsli martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.