Xəbər lenti

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

 

Bizimaz.az xəbər verir ki, iclas zamanı insan hüquqları üzrə müvəkkilin illik məruzəsi dinlənilib.

Ombudsman Elmira Süleymanova Milli Məclisdə çıxışı zamanı qeyd edib ki, 2018-ci ildə prezident seçkilərin yüksək fəallıqla, demokratik və azad şəkildə keçirilib.

Ombudsman bundan başqa Prezident İlhan Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın regionlara səfərlərinin, insanlarla səmimi görüşlər keçirmələrinin əhali tərəfindən yüksək qarşılandığını diqqətə çatdırıb.

2018-ci ilin dərin islahatlar ili olduğunu xatırladan Ombudsman qeyd edib ki, islahatlar çərçivəsində sosial iqtisadi proiblemlərin həlli önə çıxıb:

“Problemli kreditlərlə bağlı dövlətin atdığı addım əhalinin yüksək səviyyədə yaşamasının təmin edilməsinə xidmət edir. Habelə əməkhaqlarının artırılması sosial problemlərin həllinə xidmət edəcək. Regionların inkişafına dair proqram, vergi qanunvericiliyinə dəyişikliklər, minimum əməkhaqqının artırılması da bu qəbildən olan addımlardır.

Hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manatın ödənilməsi, şəhid və Qarabağ əlillərinə mənzilin verilməsi müsbət hadisələrdir.

Eyni zamanda Şamaxıda təbii fəlakət zamanı prezidentin yerli əhali ilə görüşləri, habelə İsmayıllı və Ağsuda zərər çəkən mənzillərə ayrılan vəsait insanlar tərəfindən yüksək qarşılanır.

2019-cu ildən icbari tibbi sığortanın tətbiqi əhalimizin səhiyyə xidmətlərinə əlçatanlığını daha da asanlaşdıracaq”.

Hesabatda qeyd edilib ki, müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 187 min 350, 2018-ci ildə isə 20 min 400 ərizə və şikayət daxil olub:

“Müvəkkilin səlahiyyətlərinə aid olmayan şikayətlərə baxılmaqdan imtina edilib. İcraata götürülən şikayətlərin 63,5 faizi təmin edilib. Müvəkkil tərəfindən aparılan monitorinqlərdə vətəndaşların üzləşdikləri problem və çətinliklər, onların yaranma səbəbləri araşdırılıb, həlli istiqamətində müvafiq təkliflər irəli sürülüb, lazımi tədbirlər görülərək bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olunub. 2018-ci il ərzində cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq edilmədən 343 başçəkmə həyata keçirilib. Seçki hüququ ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Hesabat dövründə dövlət orqanlarının nümayəndələri və yerli icra hakimiyyəti başçıları ilə birlikdə yerlərdə əhali qəbullarının təşkili, silsilə görüşlər, vətəndaşların hüquq mədəniyyətinin yüksəldilməsinə yönəldilmiş maarifləndirmə işləri səmərəli nəticə verib”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov