Xəbər lenti

Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadını Şri-Lankanın paytaxtı Kolombo şəhərində “Qadınların gələcəyi 2019” adlı II beynəlxalq konfransda təmsil olunan müsəlman ölkələrinin fəal qadınları ilə görüşüb.

 

Bizimaz.az xəbər verir ki, görüşdə ölkələr arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğu vurğulanıb.

Müsəlman ölkələrinin fəal qadınları təmsil etdikləri ölkələrin Azərbaycanla əməkdaşlığın getdikcə daha sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

Q.Paşayeva və nümayəndə heyətinin üzvləri onlara birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə də danışıblar.

Müzakirələdə deputat Qarabağ həqiqətləri ilə bağlı da geniş məlumat verilib.

Q.Paşayeva 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etdiyini bildirib.

Görüşdə Azərbaycanın iqtisadi, turizm potensialı, tarixi və mədəniyyəti ilə bağlı məlumatlar verilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov