Tanınmış jurnalist İradə Nurəddinqızı “Sipark İnşaat” tikinti şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.
Bizimaz.az :Bu barədə Axar.az-a danışan İ.Nurəddinqızı məlumatı təsdiq edib və mart ayının 1-dən etibarən vəzifəsinin icrasına başladığını bildirib.
Qeyd edək ki, İ.Nurəddinqızı bir çox qəzet, jurnal və saytlarda müxbir, redaktor vəzifələrində çalışıb. Uzun müddət Simsar.az saytı və “Simsar” jurnalının baş redaktoru, bir neçə layihənin müəllifi və aparıcısı olub.