Xəbər lenti


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 saylı uşaq evində olub.

 

Bizimaz.az: Fonddan Publika.az-a verilən məlumata görə, əvvəlcə Leyla Əliyeva uşaq evinin yeni idman meydançasında yaradılan şəraitlə tanış oldu.

İdman meydançası Heydər Əliyev Fondunun təşəbbüsü və Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə inşa edilib. Burada müxtəlif idman qurğuları quraşdırılıb, azyaşlılar üçün futbol və basketbol meydançası yenidən yaradılıb. Həyətyanı sahə abadlaşdırılıb.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaq evinin sakinləri ilə görüşdü, onlarla söhbət etdi.

Leyla Əliyeva Xocalı soyqırımına həsr olunan bədii kompozisiyanı izlədi.

Tədbirdə iştirak edən Çinin Azərbaycandakı səfiri Vey Cinhua ölkəsində və Azərbaycanda uşaqlara, xüsusən aztəminatlı və xüsusi qayğıya ehtiyacı olanlara yüksək diqqət göstərdiklərini bildirdi.

“Uşaqlar ölkənin gələcəyi, millətin ümidləridir. Biz 2 saylı uşaqlar evində yaradılan yüksək şəraitə, təhsil avadanlığına və güclü müəllim heyətinə görə ürəkdən şadıq. Buradakı uşaqlar bütün lazımi vasitələrlə, böyük qayğı ilə əhatə ediliblər. Bu uşaqlar ata-anaları ilə bir yerdə olmasalar da, yenə xoşbəxtdirlər. Çünki onlar hər cür qayğı ilə əhatə olunublar”, – deyən diplomat diqqətə çatdırıb ki, bu, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın uşaqların sağlam və savadlı böyüməsinə göstərdiyi diqqətin təzahürüdür.

Səfir uşaqlara xoşbəxt həyat, güclü və sağlam böyüyərək qabiliyyətli şəxslər kimi yetişməyi, gələcəkdə onların da Çin-Azərbaycan dostluğuna töhfə vermələrini arzulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər qonaqlar uşaq evinin sakinlərinin Xocalı soyqırımının 27-ci ildönümünə həsr etdikləri rəsm əsərlərinin sərgisi ilə də tanış oldular. Uşaqlar öz əsərləri barədə məlumat verdilər.

Qeyd edək ki, uşaq evlərinin sakinlərinin qayğılarını, burada onlar üçün yaradılmış şəraiti daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 saylı uşaq evi üçün 2016-cı ildə Zirə qəsəbəsində “Dalğa” yay düşərgəsi də inşa olunub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov