Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
Bizimaz.az xəbər verir ki, türkiyəli nazir bununla bağlı Tvitter səhifəsində yazıb.
“Xocalıda 27 iil əvvəl vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaş və bacılarımızı rəhmətlə anıram. Azərbaycanın kədəri bizim kədərimizdir”, - Çavuşoğlu qeyd edib.