Xəbər lenti

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev Azərbaycan Teleradio Verilişləri QSC-nin Mədəniyyət Televiziyasının efirində yayımlanan “Haqqın dərgahı” verilişinin aparıcısı vəzifəsindən çıxıb.

 

Bizimaz.az bildirir ki,  hazırda veriliş Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin təqdimatında yayımlanır. Açıqlama verən Ş.Həsənli bildirib ki, artıq verilişin onun təqdimatında ilk buraxılışı efirdə yayımlanıb:

“Haqqın dərgahı” verilişinin mənim təqdimatımda ilk proqramı ötən gün yayımlandı. Verilişin proqramı hələ ki, dəyişilməz olaraq qalır. Gələcəkdə verilişə qonaqların da dəvət olunması gözlənilir. Verilişdə dini dəyərlərə elmi yanaşma, mənəvi dəyərlərin müasir reallıqlara uyğun təbliğ olunmasına üstünlük veriləcək".

Qeyd edək ki, "Haqqın dərgahı" verilişi müstəqilliyin ilk illərindən fəaliyyətə başlayıb. Hər həftənin cümə axşamı günü 15 dəqiqəlik yayımlanan verilişin müəllifi Arif Teymurov, rejissoru Sevda Abdullayevadır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov