Xəbər lenti

Bakıda beynəlxalq əhəmiyyətli tədbir keçirildi
 Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib.

Bizimaz.az verir ki, Məşvərət Şurasının budəfəki iclasında Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger, “Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş ölkələrdən - Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natela Turnava, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi, Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin baş katibi Mixail Veriopoulos, Albaniyanın infrastruktur və energetika nazirinin müavini Shkreli Artan, Bolqarıstandan isə energetika naziri Temenujka Petkova iştirak edir.

ABŞ-ı dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk və Böyük Britaniyanı Baş nazirin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson təmsil edib.

Bu il ilk dəfə olaraq Məşvərət Şurasının iclasına Serbiya, Macarıstan və San-Marino kimi ölkələr də qatılıb. Serbiyanı mədən və energetika nazirinin müavini Mirjana Filipoviç, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin enerji təhlükəsizliyi məsələləri üçün xüsusi tapşırıqlar üzrə səfiri Pal Sagvari və San-Marinonu Xarici İşlər Departamentinin iqtisadi məsələlər üzrə direktoru-səlahiyyətli nazir Dario Galassi təmsil edib. Xorvatiyanın ətraf mühit və energetika naziri Tomislav Çoriç, Monteneqronun İqtisadiyyat Nazirliyinin energetika üzrə baş idarəsinin baş direktoru Marko Reduloviç, Bosniya və Herseqovinadan isə xarici ticarət və iqtisadi əlaqələr nazirinin müavini Mato Franjiçevic tədbirə qatılıb . Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake də iştirakçılar sırasındadır.

Avrokomissar G.Ottinger və energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirləri çıxış edib. Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə” imzalanıb.

Daha sonra Avrokomissar G.Ottinger və energetika naziri Pərviz Şahbazov mətbuat konfransında toplantı haqqında məlumat veriblər.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası Azərbaycan Respublikasının prezidenti Ilham Əliyevin təşəbüssü ilə yaradılıb. Bu gün keçirilən iclasda Azərbaycan Respublikasının prezidenti iştirak edib və Məşvərət Şurasının iştirakçılarına öz tövsiyələrini verərək, vəzifələri müəyyənləşdirib.

Nazir qeyd edib ki, bu il Məşvərət Şurasına qatılan ölkələrin sayı artaraq 17 olub ki, bu da layihəyə marağın artması deməkdir: “Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyi və eyni zamanda davamlı iqtisadi inkişaf deməkdir. Lahiyənin üç hissəsi artıq sona çatrılıb və hazırda “Cənub Qaz Dəhlizi”nin sonuncu hissəsində işlər davam edir. Bu gün artıq lahiyəsində 85 faiz işlər həyata keçirilib. Iştirakçı ölkələr birgə bəyanamə imzlayaraq "Cənub Qaz Dəhlizi”nə öz dəstəklərini nümayiş etdirib, bu layihədə Azərbaycan Respublikasının rolu bir daha təsdiq olunub".

Avrokomissar G.Ottinger isə deyib ki, bu layihə çərçivəsində yenidən Azərbaycanda olmaqdan məmndur: "Biz əslində 2009-cu ildən bu fikirləri eşitməyə başladıq. Artıq "Cənubi Qaz Dəhlizi" reallıqdır. Avropa Itifaqqının enerji bazarında 510 milyon istehlakçı var ki, onlara enerji lazımdır. Bərpa olunan enerji sahələrində addım atırıqsa, bu o deməkdir ki, bu sahədə qarşıdakı 10 il ərzində təbii qazın oynadığı rol artacaq. Bizə daha çox idxal olunan qaz lazım olacaq. Ona görə də, bizə lazımdır ki, mənbələri və maşrutları genişləndirək. Bunun üçün də Xəzər dənizi və Azərbaycan bizim üçün ən yaxşı maşrut və mənbədir. Ümumi məqsəd odur ki, on il ərzində hasil olan Avropaya ixrac olunan qazın həcmi iki dəfə artırılaraq, 20-25 milyarda çatdırılsın".

Xatırladaq ki, Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə ötən il fevralın 15-də keçirilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov