Ölkə üzrə pensiyaların verilməsinə başlanılıb.
Bizimaz.az: Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bir neçə gün ərzində pensiyaların bütün ölkə üzrə verilməsi tam təmin olunacaq:
"Prezident İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi” ilə bağlı sərəncamına uyğun olaraq Dövlət Statistika Komitəsinin verdiyi məlumat əsasında aylıq nominal əmək haqqının artım tempinə əsasən pensiyaların artırılması təmin olunub. Dövlət Sosial Müdafiə Fondu artıq bu prosesi icra edib. Yanvar ayında artım məbləği daxil olmaqla pensiyalar əhalinin hesabına köçürülüb”.