Xəbər lenti

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən bütün təhsil pillələri və təhsil səviyyələrində nəzərdə tutulmuş təqaüdün məbləği əhəmiyyətli şəkildə artırılır.

 

Bizimaz.az xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransında deyib. O, tələbələrin akademik göstəricilərindən və s. asılı olaraq 14-25 faizlik bir dəyişimdən söhbət getdiyini bildirib:

“Orta hesabla, təxminən 20 faizlik bir artım olacaq. Bu deyilən artım ümumilikdə 110 mindən artıq tələbəni əhatə edir. Yeni sərəncama əsasən, təqaüd alan tələbələrin sayı 16 min artırılacaq. Bu, hazırda ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı ilə müqayisədə 30 faiz artım deməkdir. Bu artım növbəti ayın 1-dən etibarən tətbiq olunacaq.

2019-2020-ci illərdə təqaüd alan tələbələrin sayı 45 faizdən az olmamalıdır. 2020-2021-ci illərdə isə təqaüd alan tələbələrin sayı 50 faizdən az olmayacaq.

Yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələr deyil, o cümlədən ödənişli əsaslarla oxuyan tələbələr də akademik göstəricilərinə görə uyğun olaraq təqaüd almaq imkanı əldə edəcək”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov