İş adamından alqışalayiq addım – Şirkətini Qarabağ qazisinə hədiyyə etdi
İş adamı Rövşən Tağıyev özünə məxsus olan “Kral Travel” turizm şirkətini Qarabağ qazisi Kamil Musəviyə hədiyyə edib.
Bizimaz.az publika.az-a istinadən xəbər verir ki, bu barədə K.Musəvi sosial şəbəkədəki hesabında paylaşım edib.
“Bu dövrdə mal da can kimi əzizdir. Biz əziz olan canımızı fəda etdiyimiz kimi, bizim üçün də əziz olan malını hədiyyə edən qardaşlarımız var. Dostum Rövşən “Kral Travel” turizm şirkətini mənə hədiyyə etdi. Bu sahədə hər zaman xidmət göstərməyə hazırıq!”
Qeyd edək ki, K.Musəvi 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirib.