Əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq.
Bizimaz.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, bu qərar 233 min nəfərə aid olacaq.
“Bu qərardan birbaşa aztəminatlı ailələr yararlanacaq. Pensiyaların artımı üçün bu il 41 milyon, gələn il 49 milyon manat Pensiya Fondu tərəfindən qarşılanacaq. Bu yenilik Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasda təsdiq ediləndən sonra martın 1-dən qüvvəyə minəcək. Düşünürük ki, plenar iclasda millət vəkilləri bu qərara razılıq verəcək.
Minumum pensiya 160 manata qaldırılan sonra Azərbaycan Qazaxıtanla birlikdə MDB məkanında ilk iki yeri bölüşəcək. Qazaxıstan bizdən 1 dollar fərqlə birinci yerdədir. Nominal rəqəmlərə görə MDB məkanında 3 –cü yerdə olacağıq”.
Publika.az xəbər verir ki, mətbuat konfransı ilk dəfə olaraq nazirliyin facebook səhifəsində canlı yayımlanır.